Bakıda 9-14 dərəcə isti gözlənilir

Ekologiya Nazirliyi məlumat yayıb

Source:
Hava
Hava



Ekologiya Nazirliyi məlumat yayıb

Martın 8-i Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 3-5, gündüz 9-14, Bakıda gecə 3-5, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da hava şəraitinin, əsasən, yağmursuz olacağı gözlənilir. Lakin axşam bəzi dağlıq rayonlarda çiskinli yağıntılı olacağı ehtimal edilir. Gecə 3-8, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 7-12 dərəcə isti təxmin edilir.

Ana səhifəXəbərlərBakıda 9-14 dərəcə isti gözlənilir