Bakıda 5 Kamerun vətəndaşının cəsədi aşkarlandı

Ölənlərdən üçü futbolçu olub

Source:
Mənzildən 5 əcnəbi gəncin cəsədi aşkarlanıb
Mənzildən 5 əcnəbi gəncin cəsədi aşkarlanıb


Ölənlərdən üçü futbolçu olub

 Yanvarın 1-də gecə saatlarında Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanında 5 nəfərin cəsədi aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına əsasən, Bakının Yasamal rayonunda mənzildə 5 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilə pəncərədən daxil olub və kirayədə qalan, Kamerun Respublikasının vətəndaşı olan 5 nəfərin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həmin mənzildə kirayədə yaşayan Kamerun Respublikasının vətəndaşları – Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata dəm qazından boğularaq ölüb.

 Polisdən həmçinin bildirilib ki, hadisə zamanı ölən iki nəfər – Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus tələbə, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata isə futbolçudur.

 Əcnəbi tələbələr Texniki Universitetdə oxuyurmuş.

 Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən istintaq araşdırması davam etdirilir.

Ana səhifəXəbərlərBakıda 5 Kamerun vətəndaşının cəsədi aşkarlandı