Bakıda 36 dərəcə isti gözlənilir

“Bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal edilir”

Source:
Günəş
Günəş


“Bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal edilir”

Avqustun 2-si Bakı və Abşeron yarımadasında havanın yağmursuz olacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 23-26, gündüz 32-37, Bakıda gecə 24-26, gündüz 34-36 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında da yağıntı olmayacağı bildirilir. Ancaq günün birinci yarısında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir. Gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti təxmin edilir.

Ana səhifəXəbərlərBakıda 36 dərəcə isti gözlənilir