Bakıda 35-37 dərəcə isti gözlənilir

Bəzi bölgələrdə istilik 41 dərəcəyədək yüksələcək

Source:
Hava
Hava


Bəzi bölgələrdə istilik 41 dərəcəyədək yüksələcək

Avqustun 24-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək.

Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, havanın temperaturu Abşeronda gecə 22-25°, gündüz 32-37°, Bakıda gecə 23-25°, gündüz 35-37° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 45-55 faiz olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25°, gündüz 36-41°, dağlarda gecə 14-19°, gündüz 25-30° isti olacağı gözlənilir.

Ana səhifəXəbərlərBakıda 35-37 dərəcə isti gözlənilir