Qərb rayonlarına yağış yağacaq
İyunun 6-na olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyunun 6-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq:
“Yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 25-30, Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti olacaq”.
Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75, gündüz 50-55faiz olacaq:
“Rayonlarda da hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi qıraq Qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir”.