Artıq 20 gündür ki, Şıxov-Bibiheybət-Bayıl və əks istiqamətdə hərəkət edən piyadaların yolçuluqları daha da əngəllənib. Buna səbəb yol kənarındakı beton sədlərdir. Noyabrın 23-24 tarixlərində paytaxtda GT3 avtomobil yarışı üzrə dünya çempionatının Bakı mərhələsi keçiriləcək və bu sədlər də təhlükəsizlik hasarlarıdır. Amma görünür bu hasarlar heç də yarışdan öncəki günlərdə paytaxt sakinlərini təhlükəsizliyinə yardımçı olmur. Əksinə yerüzsü və ya yeraltı piyada keçirləri olmayan yolda vəziyyət daha da kritikləşib.