Bakı-Sumqayıt yolunda ağac qətliamı [ VİDEO ]

11 apreldə Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə Bakı-Quba-Rusiya yolunun 9-cu kilometrliyində ağacların kəsilməsinə icazə verib. Bir gün sonra Cəmiyyətin işçiləri yolu genişləndirmək üçün ərazidəki ağacları kəsiblər. Fəhlələr nə qədər ağac kəsdiklərinin sayını itiriblər. Özünü təqdim etməkdən imtina edən işçi ərazidə 10 ağacın kəsildiyini deyir.

Ərazinin yaxınlığında yaşayan sakin Mənzər Abbasova deyir ki: ” hökumət ağacı kəsirsə, biz nə deyə bilərik?. Kəsər də özü bilər, kəsməz də özü bilər. Nə bocuma?!Mənim də bir evim var, qorxuram onu da sökərlər”.

Ərazidə çalışan işçi ağacları yük maşınlarına yığıb zibilliyə atacaqlarını bildirir.

Ana səhifəVideoBakı-Sumqayıt yolunda ağac qətliamı [ VİDEO ]