Bakı sakininin Meydan TV-yə şərh yazdığı üçün həbs edildiyi deyilir

Rüfət Hüseynov 30 sutka həbs cəzası alıb

Source:
Rüfət Hikmət oğlu Hüseynov
Rüfət Hikmət oğlu Hüseynov

Yanvarın 24-də Bakı şəhər sakini Rüfət Hikmət oğlu Hüseynov saxlanılıb. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat verib. Bildiriblər ki, səhər saatlarında zəng edərək R.Hüseynovu avtomobilinin radara düşməsi bəhanəsilə polis bölməsinə çağırıblar. Ondan sonra R.Hüseynovdan xəbər çıxmayıb:

“Binəqədidəki müvəqqəti saxlama təcridxanasına aparılarkən yolda əlaqə saxlayıb yalnız onu dedi ki, əvvəlcə 17, sonra da 18-ci polis bölməsinə aparılıb. Oradan da məhkəməyə aparıb 30 sutka həbs cəzası veriblər. Hansı məhkəmə, hansı maddə ilə cəzalandırılıb, bilmirik. Bir də dedi ki, onu Meydan TV-nin “Instagram” səhifəsinə şərh yazdığı üçün tutublar. Polis bölməsində də səhifəsini sildiriblər”.

Yaxınları deyir ki, R.Hüseynovun vəkili olmayıb, həbsi barədə ailəsinə məlumat verilməyib.

DİN-in mətbuat xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəXəbərlərBakı sakininin Meydan TV-yə şərh yazdığı üçün həbs edildiyi deyilir