Bakıda 5-ci dəfə baş tutacaq Formula 1 yarışlarının keçirilməsinə hazırlıq gedir. Səkilər hasarlanıb, şəhərin mərkəzində bəzi yollar bağlanıb.
6 iyun gecə 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Halqaya düşən ərazilər- İçərişəhər, Azadlıq meydanı, BMT-nin 50 illiyi küçələridir.
Yollarda hərəkət 14 iyundan bərpa olunmağa başlayacaq.
Bu il Formula-1 yarışı iyunun 10-12-də baş tutacaq.
Azərbaycan Formula 1 yarışlarına 2016-cı ildən ev sahibliyi edir.
Sürət yarışı pandemiya səbəbindən 2020-ci ildə təxirə salınıb. Yarış ötən il azarkeşlərin iştirakı olmadan keçirilib.