Nizami Alxasovun evinin hər tərəfi sökülüb, dənizdə ada kimi qalıb. Söküntü Yasamal rayonu Hüseyn Cavid prospekti 74.76-da aparılır. Sakinlərə evin hər kvadrat metrinə 1500 manat verilsə də, bu, Nizami Alxasovu razı salmır. O, iki otaqlı mənzilinin əvəzində 3 otaqlı istəyir. Amma şirkət onun evinin 35 kvadrat metr olduğunu deyərək 3 otaqla təmin etmir.
Söküntüdən sonra yağan yağışlar Nizami Alxasovun evinə damır. Ailə üzvləri təhlükəli vəziyyətdə yaşadıqlarına görə Fövqəladə Hallar Nazirliyinə, Daxili İşlər Nazirliyinə müraciət etsələr də, heç bir nəticəsi olmayıb.
Ərazidə bina tikiləcəyi deyilsə də, bunu hansı şirkətin etdiyi açıqlanmır. Ərazidəki fəhlələr də söküntünü hansı şirkətin apardığını bilmirlər.
32 ildir bu ünvanda yaşayan Nizami Alxasova hədə-qorxu gələrək evdən çıxarmaq istəyirlər. Ona deyiblər ki, evindən çıxmasa da mənzili uçurulacaq.
Yasamal rayon icra hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Məmmədov söküntünü hansı şirkətin apardığından xəbərsiz olduqlarını deyib.
Bu yazı 11 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 2 Aprel 2014 19:44
Qısa link: https://storage.googleapis.com/qurium/www.meydan.tv/az-article-baki-sakini-adada-qalib.html
Ana səhifə ▸ Video ▸