Hafiz Məmmədovun qardaşı Zeynal Məmmədovun vergi borcuna görə ölkədən çıxışına məhdudiyyət qoyulub
Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin, icra orqanları rəhbərlərinin siyahısını açıqlayıb.
“Qafqazinfo”-nun məlumatına görə, siyahıda vergi borcu olan bir neçə tanınmış hüquqi şəxslərin də adı yer alıb. Bunlardan biri “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun qardaşı Zeynal Məmmədovdur.
“Bakı” klubunun vitse-prezidenti olan Z. Məmmədovun vergi borcuna görə ölkədən çıxışına məhdudiyyət tətbiq edilib.