Bakı İsraildə anti-Azərbaycan əhval-ruhiyyəsi hiss edib

Azər Qasımov: “Bu məqalələrin müəllifləri, heç şübhəsiz, İsrail-Azərbaycan münasibətlərini pozmağı qarşılarına məqsəd qoyublar”, deyə mətbuat katibi nəticə çıxarır”

Source:


Azər Qasımov: “Bu məqalələrin müəllifləri, heç şübhəsiz, İsrail-Azərbaycan münasibətlərini pozmağı qarşılarına məqsəd qoyublar”, deyə mətbuat katibi nəticə çıxarır”

Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov İsrailin hakimiyyətinin ünvanına tənqidindən qəzəblənib. Buna son günlər “Jerusalem Post” və “Haaretz” qəzetlərində Azərbaycan haqqında tənqidi materiaların nəşr edilməsi səbəb olub.

“Bu qəzetlərdə vaxtaşırı Azərbaycan haqqında düşməncəsinə, tamamilə əsassız, böhtan dolu məqalələr dərc edilir”, – deyə Qasımov “AzərTAc” dövlət agentliyinə müsahibəsində bildirib.

“İsraildə hökumət və media arasında münasibətləri nəzərə alsaq, belə bir nəticəyə gəlirsən ki, bütün bunlar təsadüf deyil. Xüsusən, rəsmi qurumların bu materiallara heç bir reaksiyasının olmaması bunun rəsmi sifariş xarakterli olduğunu hesab etmək üçün əsas verir”, deyə Qasımov bildirib.

Onun fikrincə, “Haaretz” və “Jerusalem Post” qəzetlərindəki məqalələr jurnalist etikasından kənar və böhtan xarakterli materiallardır.

“Belə məqalələr, şübhəsiz ki, anti-Azərbaycan kampaniyası aparan qüvvələr tərəfindən maliyyələşdirilir və tamamilə sifarişlidir”, – deyə mətbuat katibi qeyd edib.

Qeyd edək ki, İsrail mətbuatının sözügedən məqalələrində  Azərbaycanda insan hüquqlarının pozulması və jurnalistlərin təqibi faktları təsvir edilir. Xüsusən, həbs edilmiş jurnalist Xədicə İsmayılovanın və hüquq müdafiəçisi Leyla Yunusun taleyindən bəhs edilir.

“Bu məqalələrin müəllifləri öz ölkələrində insan hüquqlarının, söz və vicdan azadlığının, demokratik prinsiplərin pozulmasına diqqət yetirslər, yaxşı olardı”, deyə Qasımov qeyd edir.

Daha sonra o, İsrailin özündə jurnalistlərin vəziyyətinin “acınacaqlı” olduğunu deyir. Sübut kimi Qasımov KİV azadlığının pozuntusunu qeydə alan beynəlxalq təşkilatların hesabatlarına istinad edir.

Amma nədənsə həmin təşkilatlar Azərbaycanda analoji pozuntular qeydə aldıqda Azər Qasımov və onun şefləri bu hesabatları qəzəblə inkar edir və siyasi sifariş və erməni lobbisinin fitnələri adlandırır.

Xüsusən, Qasımov “Sərhədsiz Reportyorlar”ın, Freedom House, Amnesty İternational və digər qurumların hesabatlarında yer alan faktları sayır, Dünya Azadlıq İndeksinə əsasən, bir il ərzində İsrail 36 bənd geriləyib.

İsrail hakimiyyətinin yüksək eşelonlarında “ciddi korrupsiya faktları var”, İsrail vətəndaşları isə təhsil almaq imkanından məhrum edilir.

“Hesab edirəm ki, bu məqalələrin müəllifləri və bu materialların arxasında duranlar İsrailin özünün beynəlxalq imicini ciddi şəkildə pozur.

İsrail hökuməti həmişə bildirir ki, Azərbaycanla münasibətlər qurmağa çalışır. Bu məqalələrin müəllifləri, heç şübhəsiz, İsrail-Azərbaycan münasibətlərini pozmağı qarşılarına məqsəd qoyublar”, deyə mətbuat katibi nəticə çıxarır (Turan İA).

Ana səhifəXəbərlərBakı İsraildə anti-Azərbaycan əhval-ruhiyyəsi hiss edib