Bakı bazarlarında bahalaşma… (VİDEO)

Azərbaycan Mərkəzi Bankının qərarı ilə fevralın 21-dən 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edildi. Dolların məzənnəsindəki artımın bazarlardakı qiymətlərə təsir edib-etmədiyini öyrənmək üçün Meydan Tv Bakının bəzi bazarlarında olub.

Satıcıların bir qismi xaricdən gələn meyvə-tərəvəzlərdə qiymətləri qaldırmağa məcbur oldularını açıqlayıblar.

Bazardakı alıcılardan bəzisi qiymətlərin qalxdığını desə də, artım müşahidə etmədiyini deyən də var.

“Yaşıl Bazar”ın bəzi satıcılarından biri deyir ki, qiymətlər qalxmazdan əvvəl də vəziyyət çətin idi.

Başqa bir satıcı isə deyir ki, ölkə xaricindən aldığı bibərin qiymətində artıq 70 qəpik fərq var.

Satıcılardan biri deyir ki, kəndlərdə insanların vəziyyəti acınacaqlıdır.

Ana səhifəVideoBakı bazarlarında bahalaşma… (VİDEO)