Bakı Ağır Cinayətlərə dair Məhkəmənin qarşısında fövqəladə vəziyyət.

Xidmət göstərənlər çayxananın qapanma səbəbinin Xədicə İsmayılın məhkəməsi ilə bağlı olduğunu bildirib

Source:


Xidmət göstərənlər çayxananın qapanma səbəbinin Xədicə İsmayılın məhkəməsi ilə bağlı olduğunu bildirib

Sentyabrın 1-də saat 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azadlıq Radiosu-nun əməkdaşı, araşdırmaçı-jurnalist Xədicə İsmayıla hökm oxunacaq.

Artıq səhər saatlarından məhkəmə binasının qarşısı mülki və xidməti formada olan polislərlə əhatə olunub. Hətta məhkəmənin yazınlığındakı çayxanada bağlanıb. Xidmət göstərənlər çayxananın qapanma səbəbinin Xədicə İsmayılın məhkəməsi ilə bağlı olduğunu bildirib.

Dövlət ittihamçısı jurnalistin 9 il azadlıqdan məhrum edilməsini istəyib.

31 avqust prosesində məhbus jurnalistə son sözünü deməyə imkan yaradılmayıb.

Jurnalist Xədicə İsmayıla qarşı ötən ilin dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) irəli sürülüb və o, həmin gün həbs olunub. Səbail Rayon Məhkəməsində hakim Elşad Şamayevin sədrliyiylə keçirilən prosesdə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Fevral ayında jurnalistə qarşı Baş Prokurorluq Cinayət Məcəlləsinin179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlarını elan edib.

Xədicə İsmayıl irəli sürülən ittihamları peşə fəaliyyəti əlaqələndirək rədd edib.

Ana səhifəXəbərlərBakı Ağır Cinayətlərə dair Məhkəmənin qarşısında fövqəladə vəziyyət.