Bakı 2015: İlham Əliyevin Avropa Oyunları niyə Azərbaycan üçün rüsvayçı PR fəlakəti demək oldu

Prezident Əliyev, buna dəyərdimi? Birinci Avropa Oyunlarını Azərbaycanda keçirməyə xərclənən milyardlara dəyərdimi?

Source:


İlham Əliyev Azərbaycanın prezidentidir. O Azərbaycanın ki, orada hökumət insan hüquqlarının pozulmasında, o cümlədən öz tənqidçilərini həbs etməkdə ittiham olunur. [Getty]

Prezident Əliyev, buna dəyərdimi? Birinci Avropa Oyunlarını Azərbaycanda keçirməyə xərclənən milyardlara dəyərdimi?

Bakı Oyunlarının iyunun 28-də keçirilmiş bağlanış mərasimi möhtəşəm, lakin ruhsuz bir hadisə idi, elə oyunların özü kimi. Stadionun üzərində uçuşan olimpiya halqalarına rağmən hər kəs bilirdi ki, bütün bu mənzərə bir oyundur: yalnız bu işə birbaşa aidiyyatı olanların maraqlarına aid saxta oyunlar.

Meydan TV-nin aşkar etdiyi kimi, bir məqamda dövlət televiziyası bir



saxta britaniyalı turist



tapıb onunla Bakını və oyunları nə qədər sevdiyi barədə danışdı. Onun ingiliscəsi zəif, Azərbaycan aksenti isə güclü idi.  Bağlanış mərasiminin ulduzları sayılan, Böyük Britaniya musiqi qrupu Clean Bandit bu səhnəyə çıxmasını heç sosial mediada özünün minlərlə izləyicisinə bildirmədi.

Özünün pet layihəsinə qarşı beynəlxalq reaksiyadan çəkinməyən Avropa Olimpiya Komitəsini prezidenti Pat Hickey bağlanış mərasimindəki çıxışında bəyan etdi ki, “Azərbaycanın gələcəyi parlaqdır”.

Bu həqiqət ola bilər, əgər “Azərbaycan” deyilərkən Əliyevlər ailəsi və onların yaxın ətrafı nəzərdə tutulursa. Onlara qarşı çıxmağa cəsarət edən azərbaycanlılar üçünsə gələcək barədə belə bəyanatlar vermək daha müşküldür.

Mən bağlanış mərasimini mühacirətdə olduğum Berlindən izlədim. Mənim dostum, jurnalist



Xədicə İsmayılova







Hüquqlar Naminə İdman



kampaniyasının rəhbəri Rəsul Cəfərov həbsdə olduqlarına görə izləyə bilməyiblər. Amma bəlkə onlar öz həbsxana kameralarında atəşfəşanlığın səsini eşidiblər. Başqa bir müxalif, Emin Hüseynov, İsveçrədən izlədi. O, sığındığı İsveçrənin Bakıdakı səfirliyindən təzəcə, oyunlar zamanı azad olub.

Güman ki, Əliyev oyunların ölkə xaricində onun reputasiyasını təmizləyəcəyinə ümid edirdi. Lakin baş verənlər onu məyus etmiş olmalıdır. Oyunlara hazırlıq ziddiyyətlərlə dolu idi: çempionata hazırlıq barədə hər bir reportaj “hökumətin insan hüquqları ilə bağlı göstəricilərinin narahatçılıq doğurduğu bir zamanda”, yaxud da buna bənzər bir ifadə ilə başlayırdı.


Xədicə İsmayılova Azərbaycanda fəaliyyət göstərən jurnalistdir. O, Əliyev rejimi tərəfindən hakim ailənin biznes əlaqələrini araşdırdığına görə həbs edilib. [Getty]

Rejim “The Guardian”, “Platform” və Amnesty-nin jurnalist və fəallarının oyunlar zamanı


Azərbaycana girişinə


 qadağa qoymaqla məlumat ötürənləri hədəfə almağı qərara alıb.

Bu, ictimaiyyətlə əlaqələr baxımından fəlakət kimi görünür, lakin güman ki, bu daha Əliyev rejiminin vecinə deyil. Onun adamları hətta xaricdə yaşayan azərbaycanlılara hədə-qorxu gəlməyə başlayıblar.

Keçən həftə mən Əliyevin idman naziri olan Azad Rəhimovdan bir mesaj aldım: “Sən harada olsan da biz səni tutacağıq. Dövlət səni dövlətə qarşı təşkil etdiyin bu böhtan kampaniyasına görə cəzalandıracaq. Sən buna görə cəzalanacaqsan. Sən nə Berlində, nə də başqa bir yerdə sərbəst gəzə biləcəksən. Sən bunu bilməlisən.”

Belə görünür ki, azərbaycanlı jurnalistlər və fəallar evdə də, xaricdə də təhlükə altındadırlar.

Bu, rejimin bisavadlığıdır. Onlar inanırlar ki, başqa ölkələrdə yaşayan azərbaycanlıların da özlərini necə aparmasını diktə edə bilərlər. Bu, iyrənc olsa da təəccüblü deyil. Əliyev və onun ətrafı düşünürlər ki, Azərbaycan onlara məxsusdur: onlar üçün yaxşı olan hər şey ölkə üçün də yaxşıdır.

Azərbaycan cəmiyyətinin vəziyyətinin pisləşdiyi vaxtda milyardlarla funtu mənasız tamaşaya xərcləməklərini də məhz belə izah edə bilirlər. Bizim təhsil sistemimiz batır, onlarsa deyir: “Nə olsun ki?” Parlamentin spikeri deyir ki, azərbaycanlıların xaricdə oxumasının bir faydası yoxdur. Deyir və öz dostlarının uşaqlarını xaricdəki elit universitetlərdə oxutması faktını da nəzərə almır. Azərbaycanda orta statistik müəllim ayda 150 dollar maaş alır, Qarabağ veteran isə ayda 50 dollar təqaüd alır.


Şəkildə soldan sağa AOK-nin Prezidenti Patrick Hickey, Azərbaycanın prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı və 2015 Bakı Avropa Olimpiya Oyunlarının təşkilat komitəsinin sədri  Mehriban Əliyeva, BOK-nin Prezidenti Thomas Bach, Rusiyanın Prezidenti Vladimir Putin, Monako şahzadəsi II Albert və Jacques Rogge Bakı 2015-in açılış mərasimində dövlət himninin səslənməsi zamanı ayağa durublar. [Getty]

Normal azərbaycanlıların hələ də tibbi sığortaya çıxışı yoxdur ki, bu da prezidentin əhatəsində olan superzəngin qrup üçün problem deyil. Saxta dərmanlar Bakının apteklərində adi haldır. Ancaq bunun prezidentin nökərlərinə hər hansı bir təsiri olmadığına görə bu ticarətin davam etməsinə imkan verilir.

Bakı 2015-in PR strategiyası özünü doğrultmayıb. Bu isə rejimi qəzəbləndirir. Dünya hələ heç vaxt hakim dairələrin əsl üzü və xisləti barədə bu qədər çox xəbərdar olmamışdı. Onlar bizim pulumuzu, Azərbaycan xalqının sərvətini belə məsuliyyətsiz tərzdə küləyə sovurmağı dayandırmalıdırlar. Jurnalistləri, falları və siyasətçiləri həbs etməyə son qoymalıdırlar.

Mən və başqaları nə qədər çox hədələnsək də bunu tələb etməyə son qoymayacağıq. Əgər mənə bir şey olarsa mən istəyirəm hamı bilsin ki, buna görə yalnız və yalnız Əliyev məsuliyyət daşıyır.

Onun damğası Avropa oyunlarını ləkələyib. Artıq yeni çempionat özünə yeni ev sahibi tapmağa çətinlik çəkir. Niderland qərara gəldi ki, bu, pul xərcləməyə dəyməyən məşğuliyyətdir. İdmana zərbə dəydi. Belə ki, hər kəs onun diktatorun oyuncağına çevrildiyini gördü.

Ancaq yaxşı cızılmış planlarına rağmən Əliyev də zərbəyə məruz qaldı. Azərbaycan növbəti bir neçə ildə şahmat, futbol və Formula 1 yarışlarına ev sahibliyi edəcək. Ola bilsin ki, prezident bu tədbirlərdən dünyanın diqqətini öz əyriliklərindən yayındırmaq üçün istifadə edə biləcəyini düşünürdü. Ötən iki həftə bu inamın nə qədər yanlış olduğunu göstərdi.



Orijinal mətn IBT http://www.ibtimes.co.uk/baku-2015-why-ilham-aliyevs-european-games-were-humiliating-pr-disaster-azerbaijan-1509057

Ana səhifəMənim FikrimcəBakı 2015: İlham Əliyevin Avropa Oyunları niyə Azərbaycan üçün rüsvayçı PR fəlakəti demək oldu