“Bakcell”in əməkdaşı da toya görə cərimələndi (yenilənib)

Bildirilib ki, toy məclisini təşkil edən hüquqi şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə 4000 manat, restoranın mühasibatçısı 400 manat cərimə olunub

Source: Bakı Baş Polis İdarəsi

***


“Bakcell” şirkəti karantində toy edən əməkdaşı Vəfa Abdullayeva ilə bağlı açıqlama yayıb. Şirkət öz əməkdaşlarından birinin təşkil etdiyi nikah mərasimində iştirakı ilə bağlı yayılan məlumatları hiddətlə qarşıladığını qeyd edib:


"Bu hadisə şirkətin indiyə qədər koronavirusla mübarizə sahəsində həyata keçirdiyi tədbirlərə kölgə salır. Eyni zamanda bildirir ki, sözügedən məclisin sahibi və burada iştirak edən şəxslər Bakcell rəhbərliyində təmsil olunmurlar. Yüzlərlə əməkdaşlarının iş yerindən kənar həyat və fəaliyyətləri üçün cavabdeh olmasa da, Bakcell baş verən hadisənin ölkəmizdə COVİD-19-la mübarizə tədbirlərinə və şirkətin bu sahədə gördüyü işlərə və işgüzar nüfuzuna kölgə saldığını nəzərə alaraq, nikah mərasimində iştirak edən şəxslərlə bağlı şirkətin daxili nizam-intizam qaydaları çərçivəsində tədbirlər görülüb”

.

***


Restoran sahibi, eləcə də mühasibin cərimələndiyi bildirilir

"Bakcell"in pərakəndə satış şöbəsində işləyən Vəfa Abdullayeva və həyat yoldaşı hər biri 400 manat cərimələnib. Səbəb onların karantin qaydalarına zidd olaraq ötən gün “Sea Bay” restoranında qızı Növrəstə Muradlıya toy etməsidir.

Bu barədə məlumatı Bakı Şəhər Baş Polis İdarəsi yayıb.

Bildirilib ki, toy məclisini təşkil edən hüquqi şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə 4000 manat, restoranın mühasibatçısı 400 manat cərimə olunub:

“2 nəfər inzibatçı barəsində tərtib edilən protokollar rayon məhkəməsinə göndərilməklə barələrində məhkəmənin qərarı ilə 10 gün inzibati həbs tənbeh növü tətbiq olunub. Eləcə də restoran işçilərindən 6 nəfər müvafiq maddələrlə inzibati xəta haqqında protokollar tərtib olunaraq, hər biri 100 manat cərimə olunub. Toy məclisinin sifarişçilərindən 2 nəfər qanunverciliyə uyğun olaraq 400 manat məbləğdə, iştirak edənlərdən isə 9 nəfər 200 manat məbləğində cərimə olunublar”.

Eyni zamanda, toyda iştirak edərək karantin qaydalarını pozan digər şəxslərin müəyyən olunması istiqamətində araşdırmaların davam etdirildiyi qeyd olunur.

Ötən həftə sabiq deputat İlham Əliyev qızı Fidan Əliyevaya toy məclisi təşkil etdiyi üçün 15 sutka inzibati cəza aıb. O cümlədən, toyda iştirak edən deputat Siyavuş Novruzov, həyat yoldaşı, Ombudsman Səbinə Əliyevə, sabiq nazir Əli Abbasov, BDU-nun sabiq rektoru Abel Məhərrəmov 400 manat cərimə olunub. Bundan sonra S.Novruzov partiyadakı vəzifəsindən istefa

verib

. O, hakim Yeni Azərbaycan Partiyasında (YAP) İcra katibinin müavini idi.

118670845_349882823041922_5551774929511782331_n.jpg
Cərimə olunanlar
Ana səhifəSosial“Bakcell”in əməkdaşı da toya görə cərimələndi (yenilənib)