ƏSF: ”Texnikabank”ın qorunan əmanətçilərinə 119,5 mln manatdan artıq kompensasiya verilib
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) fəaliyyətini dayandıran 9 bank üzrə 206 mln manatdan artıq kompensasiya ödəyib. Bu barədə avqustun 24-də ƏSF məlumat yayıb.
Avqustun 1-dən 23-dək “Parabank” ASC-nin qorunan əmanətçilərinə 20,3 mln, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 29,3 mln, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 9,9 mln, “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2,4 mln manatdan artıq kompensasiya ödənilib.
Avqustun 23-dən “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 317,4 manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 140 min manatdan artıq kompensasiya ödənilib.
Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan “Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə 24,052 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 895,5 min, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə 119,5 mln manatdan artıq kompensasiya ödənilib.
Fond bəyan edib ki, “Atrabank” ASC-nin qorunan əmanətçiləri kompensasiyaların alınması üçün müvafiq olaraq müqavilə bağladıqları filiala, “Xəzər” filialının qorunan əmanətçiləri isə “Atrabank” ASC-nin baş ofisinə, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçiləri isə “Qafqaz İnkişaf Bankı” ASC-nin baş ofisinə müraciət edərək öz əmanətlərini geri ala bilərlər.