Bağlanan 10 bankın əmanətçilərinə 718 milyon manat ödənib

2 bank üzrə ümumilikdə 16 mln. 204 min manatdan artıq kompensasiya ödənilib

Source:


2 bank üzrə ümumilikdə 16 mln. 204 min manatdan artıq kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Fondun məlumatına görə, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 mln. 907 min manat (ümumi kompensasiya öhdəliyinin 98 faizi), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 mln. 382 min manat (ümumi kompensasiya öhdəliyinin 72 faizi), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 mln. 764 min manat (ümumi kompensasiya öhdəliyinin 98 faizi) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 21 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96 faizi) artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 126 mln. 74 min manatdan artıq kompensasiya verilib.

“Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 mln. 261 min manat (ümumi kompensasiya öhdəliyinin 97 faizdən artıq), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 943 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 92 faizi) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 204 min manatdan artıq kompensasiya ödənilib.

“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 148 min manat (ümumi kompensasiya öhdəliyinin 97 faizi), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 975 min manat (ümumi kompensasiya öhdəliyinin 94 faizi), “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. 50 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98 faizi) kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 173 min manatdan artıq kompensasiya ödənilib.

“Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 430 mln. 372 min manat artıq kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 97 faizi əmanətçilərə ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 717 mln. 823 min manatdan artıq kompensasiya ödənilib.

Ana səhifəXəbərlərBağlanan 10 bankın əmanətçilərinə 718 milyon manat ödənib