Bağdadda İŞİD-in törətdiyi terrorda ölənlərin sayı 165-ə çatıb

Terror aktında yaralananların sayının isə 200 nəfərdən çox olduğu bildirilirdi.

Source:

Bağdadın Əl-Karrad rayonunda terror aktı nəticəsində ölənlərin sayı 165 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə İraqın İNA agentliyi xəbər yayıb.

Bundan əvvəl “Əl-Cəzirə” telekanalı İraqın güc strukturundakı mənbəyə istinadən 131 nəfərin öldüyünü xəbər vermişdi.

Terror aktında yaralananların sayının isə 200 nəfərdən çox olduğu bildirilirdi.

Bomba yüklü avtomobil şiə müsəlmanların dini mərkəzi yaxınlığında dayandırılıb. Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. Daha sonra İraq paytaxtının şimalında bazar yaxınlığında ikinci partlayış törədilib.

Ana səhifəXəbərlərBağdadda İŞİD-in törətdiyi terrorda ölənlərin sayı 165-ə çatıb