13000-ə yaxın tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur
Azərbaycanda ilk dəfə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllimlərin, metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi prosesi keçirilir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumatına görə, prosesin test mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunur.
Ümumilikdə prosesdə 13000-ə yaxın tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur.
Namizədlər 4 istiqamət üzrə hazırlanmış 60 suala cavab verirlər.
120 dəqiqə ərzində məzmun və metodika, təhlükəsizlik, pedaqoji etika və əməkdaşlıq, özünüinkişaf mövzularını əhatə edən suallar cavablandırılır.
Qiymətləndirilmə zamanı hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir.
Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.
Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq edilir.