AzTV iki il əvvəlki maliyyə hesabatını açıqlayıb

Bu, 2018-ci ilə nisbətən 53,2 faiz və ya 2,1 dəfə azdır.

Source: google.az


Qurum 2019-cu ili zərərlə başa vurub

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2021-ci ilin mayında iki il əvvəlki maliyyə hesabatını açıqlayıb. 2019-cu il, yanvarın 15-də prezident İlham Əliyevin sərəncamı ilə 13 il bu quruma rəhbərlik edən Arif Alışanov vəzifəsindən azad edilib. Onun rəhbərlik etdiyi dövrdə AzTV-nin maliyyə hesabatı ictimailəşdirilməyib.


“Report”

maliyyə hesabatına əsasən yazır ki, AzTV 2019-cu ili 2,598 milyon manat xalis zərərlə başa vurub.

Bu, 2018-ci ilə nisbətən 53,2 faiz və ya 2,1 dəfə azdır.

2019-cu ildə AzTV-nin gəlirləri 34,242 milyon manat (2018-ci illə müqayisədə 5,1% çox), o cümlədən qeyri-birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 32,938 milyon manat (1,4% çox), birja əməliyyatlarından gəlirləri 541 min manat (5,9 dəfə çox), sair əməliyyat gəlirləri isə 763 min manat (əvvəlki il olmayıb) təşkil edib.

İl ərzində səhmdar cəmiyyətinin xərcləri isə 36,75 milyon manat (3,5% az), o cümlədən sərf etdiyi materialların dəyəri 1,017 milyon manat (7,8% çox), əmək haqqı xərcləri 19,021 milyon manat (16,6% çox), amortizasiya xərcləri 4,851 milyon manat (17,4% az), sair əməliyyat xərcləri isə 11,861 milyon manat (20,8% az) təşkil edib.

2019-cu ildə AzTV 90 min manat mənfəət vergisi ödəyib ki, bu da 2018-ci illə müqayisədə 4,7 dəfə çoxdur.

2020-ci i il yanvarın 1-nə səhmdar cəmiyyətinin aktivləri 27,514 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4% azdır. Hesabat dövrünə qurumun öhdəlikləri 4 dəfə artaraq 2,553 milyon manata çatıb, balans kapitalı isə 11% azalaraq 24,961 milyon manata düşüb.

AzTV kommersiya qurumu kimi Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında yaradılıb. 2006-cı ildən bu quruma rəhbərlik edən Arif Alışanovun adı tez-tez mətbuatda qalmaqallarla hallanıb, məhkəmə çəkişmələri

olub

. Ondan sonra bu quruma "Həftə" analitik-informasiya proqramının, "Günün nəbzi" və "Əsas məsələ" tok-şousunun teleaparıcısı Rövşən Məmmədov təyin edilib.

Ana səhifəSiyasətAzTV iki il əvvəlki maliyyə hesabatını açıqlayıb