Operativ Qərargah: "174 adam COVID-19 infeksiyasına yoluxub"
İyulun 9-da Azərbaycanda 174 adam COVID-19 infeksiyasına yoluxub, 62 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilir ki, analiz nümunələri müsbət çıxan 2 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 336 962 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 330 668 nəfər müalicə olunaraq sağalıb, 4 982 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 1312 nəfərdir".
Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9947, ötən müddətdə isə 3 831 673 testin aparıldığı göstərilib.