Vüqar Əliyevin Heydər Əliyev Fondundan göndərildiyi deyilir
Vüqar Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (“Azərtac”-ın) İdarə Heyətinin sədri təyin edilib.
Bu barədə Prezident İlham Əliyev noyabrın 28-də sərəncam imzalayıb.
V. Əliyevin uzun illər dövlət informasiya agentliyində rəhbər vəzifədə çalışdığı bildirilir.
O, əvvələr “Azərtac”-ın siyasət şöbəsinin rəhbəri olub. Bir müddət sonra isə Heydər Əliyev Fondunda çalışıb.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (“Azərtac”-ın) İdarə Heyətinin sədri Aslan Aslanov noyabrın 19-da vəzifəsindən azad olunub.
Aslan Aslanov 2002-ci ilin oktyabrından “Azərtac”-ın baş direktoru idi.