”Azərpoçt” Avropa Məhkəməsinə göndərilən məktubları itirdiyini etiraf edib

Vəkil Meydan TV-yə deyib ki, indiyə qədər Avropa Məhkəməsinə göndərilən 30-dan çox məktub “itib”.

Source: google.az


Qurum vəkilə dəymiş ziyanı ödəyəcək

“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyət Avropa İnsan Haqları Məhkəməsinə göndərilən məktubları itirdiklərini etiraf edib.

Bu barədə “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətin vəkil Elçin Sadıqovun müraciətinə cavab məktubunda qeyd olunub.

“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyət vəkilə xitabən bildirib ki, Fransa Respublikasına göndərdiyiniz RR007963088AZ saylı poçt göndərişi Bakı Poçt Daşıma Mərkəzində itib. Mövcud qaydalara uyğun olaraq poçt göndərişinin itməsinə görə dəyən maddi ziyanın ödənilməsi üçün 1 saylı Poçt filialına müvafiq göstəriş verilib.

“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti vəkil Elçin Sadıqovdan üzr istəyib.

Elçin Sadıqov “Azərpoçt”un ona 86.32 manat zərər ödəyəcəyini bildirib.

Vəkilin sözlərinə görə, nə qədər ki, AİHM özünə və Konvensiyaya hörmət edib Konvensiyanın 34-cü maddəsinin pozuntusunu tanımayacaq və nə qədər ki, “Azərpoçt”un AİHM-ə göndərilən məktubların kütləvi şəkildə itirilməsi ilə bağlı AŞ PA-da dinləmələr keçirilməyəcək, məktub itmələri daha geniş vüsət alacaq.

Vəkil Meydan TV-yə deyib ki, indiyə qədər Avropa Məhkəməsinə göndərilən 30-dan çox məktub “itib”. Bu hal 2014-cü ildən başlayıb.

62406498_2416260138412897_953421832780775424_n.jpg
cavab məktubu
Ana səhifəXəbərlər”Azərpoçt” Avropa Məhkəməsinə göndərilən məktubları itirdiyini etiraf edib