“Azəriqaz”dan təmirlə bağlı açıqlama: “Xankəndi Azərbaycanın suveren ərazisidir”

Foto: Marja.az

“İnfrastruktur işləri yalnız Azərbaycan dövləti tərəfindən görülə bilər”

“Xankəndi şəhəri və işğaldan azad edilmiş digər bölgələr Azərbaycanın suveren ərazisi, əzəli Azərbaycan torpaqlarıdır. Həmin ərazilərdə qaz infrasturkturunda və yaxud digər infrastrukturlarda işlər yalnız Azərbaycan dövləti tərəfindən görülə bilər”.

“Azəriqaz” İstehsalat Birliyinin (AİB) aprelin 1-də yaydığı açıqlamada belə deyilir.

Qurum bildirib ki, Xankəndi şəhərinə gedən qaz xətti üzərində müəyyən təmir-bərpa işləri aparıb.

Ötən aydan başlayaraq Dağlıq Qarabağda yaşayan ermənilər regionda təbii qazın verilməsinin dayandırıldığını bildirib. Onlar bu işdə Azərbaycanı günahlandırıb.

Qarabağ erməniləri qaz təchizatının ilk dəfə martın 8-də kəsildiyindən şikayətlənib. Səbəb kimi Azərbaycanın nəzarətində olan ərazidən keçən kəmərin zədələnməsi göstərilib. Daha sonra Xankəndi Bakını kəmərin sürətli təmirinə imkan verməməkdə ittiham edib.

“Azadlıq” radiosunun erməni xidməti 11 günlük fasilədən sonra kəmərin martın 18-də təmir olunduğunu, ertəsi günü Qarabağın qaz təchizatının bərpa edildiyini xəbər vermişdi.

Ancaq Qarabağdakı separatçı qurum martın 21-də axşam qaz təchizatının Azərbaycan tərəfinin birbaşa müdaxiləsi ilə kəsildiyini iddia edib.

“Azəriqaz” İstehsalat Birliyinin (İB) Yeni Qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov aprelin 1-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Açıq qapı” aksiyasında deyib ki, hazırda Xankəndi şəhəri təbii qazla təmin olunur.

O vurğulayıb ki, növbəti mərhələlərdə bütün bu ərazilərdə qaz infrastrukturu daha ideal formada, müasir tələblərə cavab verməklə tam şəkildə yenidən qurulsun.

Azərqaz” İB isə ötən ayın sonu açıqlama verərək bildirmişdi ki, martın 28-də Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsi bərpa olunacaq.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan arasında İkinci Qarabağ müharibəsi baş verib.
Nəticədə Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 (9) noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlılarının yerləşdiyi açıqlanıb. Keçmiş Dağlıq

Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Ana səhifəSiyasət“Azəriqaz”dan təmirlə bağlı açıqlama: “Xankəndi Azərbaycanın suveren ərazisidir”