“Azərboru”nun işçiləri məvaciblərini ala bilmir

İşçilərin 95 faizi məcburi məzuniyyətə göndərilib

Source:

İşçilərin  95 faizi məcburi məzuniyyətə göndərilib

«Üç aydır onsuz da az olan əmək haqlarımızı vermirlər. İşçilərin  95 faizi məcburi məzuniyyətə göndərilib». Bu barədə Sumqayıt Boru Prokatı zavodu  “Azərboru” ASC əməkdaşlarının mətbuata ünvanladıqları müraciətdə bildirilir.

İşçilər qeyd edir ki, bu ilin martından yemək verilmir. Müəssisədə əmək haqqı orta hesabla 250 manatdır.

2013-cü ilin yayında dövlət  “Azərboru” ASC-nin səhmlərinin 97,39%-i özəlləşdirib və onları “Baku Steel Company” MMC alıb. Şirkət müəssisəyə 5 mln  267 min manat investisiya qoymaq öhdəliyi götürüb.

Maydan fəaliyyəti dayanan zavodda 1100 işçi var.

“Baku Steel Company” MMC-nin mətbuat katibi Namiq Əhmədov Turan-a bildirib ki, şirkətin maliyyə çətinlikləri var. Amma Sumqayıt Boru Prokatı Zavodunun  işçilərinə əmək haqqı ödəmək üçün yollar aranır.

Ana səhifəXəbərlər“Azərboru”nun işçiləri məvaciblərini ala bilmir