Ticarət mərkəzlərində alıcılar bu dəfə daha çox idi. Çünki Bakı noyabrın 23-də beynəlxalq “Qara Cümə” gününü qeyd edir.
Noyabrın son cümə günü irili-xırdalı biznes şirkətləri alıcılara böyük endirimlər təklif edir. Bu ənənə qərbdən gəlir, ABŞ-da supermarketlər səhər 5-dən qapılarını müştərilərə açırlar. Bir çox mağaza ilin ən gəlirli gününü yaşayır. Alıcılar da qənaət etmiş olurlar.
Bəs Bakıda “Qara Cümə” necə keçirilir?
“Keçən il 1 həftə keçirilmişdi, bu il 3 gün edirlər. Xarici ölkələrdə isə 1 gün olur. Bizdə endirim olur, deməzdim. Heç kim malını ziyanına satmaq istəmir. Beynəlxalq bir şeyi azərbaycansayağı ediblər”-alıcı deyir. “20 faiz endirim bahalı mal üçün yaxşıdır. Amma nisbətən ucuz mallarda çox da fərq etmir”-digər alıcı danışır.
İri mağazalar “Qara cümə” endirimlərini 3 gün davam etdirəcək.