Aprelin 6-da Ermənistan prezidenti Serj Sarkisyanın Almaniyaya səfəri başlayıb. Bu münasibətlə azərbaycanlılar Berlində aksiya keçiriblər. Onlar əllərində Azərbaycan, Türkiyə və Almaniya bayraqlarını tutaraq, “Azərbaycan”, “Qarabağ bizimdir, bizm olacaq”, “şəhidlər ölməz, Vətən bölünməz” kimi şüarlar səsləndiriblər. Sonra işğal olunmuş rayonların adları çəkilib və aksiyaçılar “Qarabağ” deyə qışqırıblar.
Aksiyada Almaniyada, habelə Avropanın digər ölkələrində yaşayan azərbaycanlılar iştirak ediblər.