Azərbaycanlı məmurun xanımı 16 villaya sahibdir

SOCAR-ın idarə rəisinin müavini Türkiyədə aldığı villalara 20 milyon vəsait xərcləyib

Source:


SOCAR-ın idarə rəisinin müavini Türkiyədə aldığı villalara 20 milyon vəsait xərcləyib


Azərbaycan məmurunun həyat yoldaşı Türkiyədə 20 milyon dollara 16 villa alıb. Bu barədə məlumatVirtualaz.or saytına daxil olub. Sənədlərin mənbəyi Türkiyədəki jurnalistlərdir.

Məlumatda bildirilir ki, 2014-cü il iyulun 4-də Azərbaycan vətəndaşı, 1974-cü ildə anadan olmuş Könül Fərhad qızı Mehdiyeva Türkiyənin elit kurort bölgəsi Bodrumda, Gökçebel qəsəbəsində 16 ikimərtəbəli villa və 12 min 621.71 kvadratmetr torpaq sahəsi alıb. Könül Mehdiyeva bu əmlakı hansısa Alik Dunkan Morrison və Karen Meri Morrison adlı şəxslərdən satın alıb.

Vətəndaş Mehdiyeva bu əmlakı almaq üçün 20 milyon dollar ödəyib. Saytın redaksiyasında Mehdiyevanın mülkləri almaq üçün milyonlarla dollar nəğd pulu necə ödədiyinə dair videokadrlar və fotolar var.

Sual yaranır-bəs Türkiyənin kurort bölgəsində daşınmaz əmlaka 20 milyon dollar kapital qoyan bu qadın kimdir?

Vətəndaş K.Mehdiyeva Salyan  rayonunda anadan olub, işləmir. Əvəzində onun əri Azərbaycanda yaxşı tanınan şəxsdir. K.Mehdiyevanın əri Dövlət Neft Şirkəti SOCAR-da tanınmış vəzifəli şəxs Qiymət Mehdiyevdir. O da Salyanda anadan olub.

Sayt yazır ki, Qiymət Mehdiyev əvvəllər Azərbaycan Dövlət Neft Akademiyasında, indiki Neft və Sənaye İnstitutunda müəllim işləyib. Lakin SOCAR-da vəzifəyə təyin olunandan sonra sürətlə varlanıb. Q.Mehdiyev SOCAR-ın əsaslı kapital qoyuluşları İdarəsinin rəis müavinidir. Onu Azərbaycanın ən varlı və əliaçıq adamlarından biri kimi xarakterizə edirlər. SOCAR sistemində tikintilər üzrə bütün podrat işlərinə Qiymət Mehdiyev məsuldur. Əlbəttə, bu məmurun rəsmi maaşı Türkiyədə daşınmaz əmlaka yatırılan pullarla müqayisədə cüzidir, ayda cəmi bir neçə min manatdır. Razılaşın ki, xaricdə on milyonlarla dolları daşınmaz əmlaka birdən yatırmağa ancaq amerikalı milyarder  Uorren Baffet kimilərinin gücü çatardı.

Lakin mötəbər mənbələr sayta bildirib ki, Qiymət Mehdiyev SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun ən etibarlı adamıdır, onun “sağ əli”dir. O, SOCAR sistemində faktiki olaraq boz kardinaldır, şirkətdə bütün tikinti və maliyyə işlərini, o, kurasiya edir. Və M.İsmayılov bütün şübhəli layihələrini etibarlı adamı Qiymət Mehdiyevin əli ilə həyata keçirir.

Sayt hesab edir ki, bu fakt ölkədən kapitalın necə çıxarıldığına bir daha dəlalət edir və Baş Prokurorluq SOCAR-ın vəzifəli şəxslərindən birinin arvadının Türkiyədə 20 milyon dollara daşınmaz əmlak almasını təcili araşdırmalıdır!

Ana səhifəXəbərlərAzərbaycanlı məmurun xanımı 16 villaya sahibdir