Azərbaycanlı həkim koronavirusdan vəfat edib

61 yaşlı Tahir Bababəyli uzun illər idi İstanbulda çalışırdı, o aprelin 10-da koronavirus infeksiyasına yoluxmuşdu, 20 gün əvvəl isə komaya düşüb.

Source: Foto: sosial şəbəkə


Türkiyədə çalışan Tahir Bababəylinin həyatını xilas etmək mümkün olmayıb

İstanbulda Kayabaşı Məhəlləsi Xəstəxanasında çalışan azərbaycanlı həkim Tahir Bababəyli mayın 10-da COVİD-19 infeksiyasına yoluxma diaqnozu ilə vəfat edib.

61 yaşlı Tahir Bababəyli uzun illər idi İstanbulda çalışırdı, o aprelin 10-da koronavirus infeksiyasına yoluxmuşdu, 20 gün əvvəl isə komaya düşüb.

Bu barədə Meydan TV-yə Türkiyədə yaşayan professor Toğrul İsmayıl məlumat verib.

Toğrul İsmayıl güman edir ki, Tahir Bababəylinin cənazəsi Azərbaycana gətiriləcək. Çünki yaxınları Bakıda yaşayır.

O, Tahir Bababəylinin ötən əsrin 80-ci illərində başlanan milli azadlıq hərəkatında iştirak etdiyini bildirib.

Türkiyə mətbuatı dünən 47 nəfərin koronavirusdan öldüyü haqqında məlumat yayıb. Qonşu ölkədə koronavirusdan ölənlərin sayı 3 786 nəfərə çatıb.

Ümumilikdə Türkiyədə 138 657 nəfər COVİD-19 infeksiyasına yoluxub. 92 691 nəfər isə sağalıb.

Ana səhifəSosialAzərbaycanlı həkim koronavirusdan vəfat edib