Azərbaycanlı girov ömürlük həbs cəzası aldı

Dilqəm Əsgərov ömürlük həbs, Şahbaz Quliyev 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Source:


İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyevə hökm oxunub.

APA “news.am” saytına istinadən xəbər verir ki,  birinci instansiya məhkəməsi dekabrın 19-da keçirilən prosesdə prokuror Karen Qabrielyanın tələb etdiyi cəzaları təmin edib. Dilqəm Əsgərov ömürlük həbs, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Bu ilin iyulunda Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz  yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri onları girov götürüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti Ermənistandan alınaraq Bakıda dəfn edilib.

Ana səhifəXəbərlərAzərbaycanlı girov ömürlük həbs cəzası aldı