Ukraynada yaşayan Əli Məhərrəmov Krasniy Luç yaxınlığında – yaşadığı kənddə dəfn edilib
Luqansk vilayəti Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, əslən Azərbaycanın Naxçıvan şəhərindən olan, Ukrayna vətəndaşı, 60 yaşlı Əli Gülbaba oğlu Məhərrəmov ötən həftə Krasnıy Luç şəhəri yaxınlığında avtomobilində hərəkətdə olarkən naməlum istiqamətdən qumbaraatanla atəşə tutulub.
Avtomobilin partlaması nəticəsində Ə. Məhərrəmovun meyiti yanaraq tanınmaz hala düşüb.
Uzun müddətdir, Ukraynada yaşayan Ə. Məhərrəmov Krasniy Luç yaxınlığında – yaşadığı kənddə dəfn edilib.
Ə. Məhərrəmov 90-cı illərin əvvəllərində bir çağırış Luqansk Vilayət Şurasının deputatı olub.