Azərbaycanın Venesuelaya borc verməsi təkzib olundu

”Bu iddialar ”əsassızdır və təxəyyül məhsuludur”

Source:
Maliyyə nazirliyi
Maliyyə nazirliyi


”Bu iddialar ”əsassızdır və təxəyyül məhsuludur”

Azərbaycanın Venesuelaya 500 milyon dollar dövlət borcu verməsi barədə iddialar “əsassızdır və təxəyyül məhsuludur”.

Bunu “Turan” agentliyinə Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Piriyev deyib.

Agentlik yazıb ki, sosial şəbəkələrdə Azərbaycanın guya Venesuelaya 500 milyon ABŞ dolları məbləğində kredit verməsi barədə məlumatlar yayılıb. “Facebook” sosial şəbəkəsinin aktiv iştirakçıları qeyd ediblər ki, bu Latın Amerikası ölkəsində siyasi proseslər səbəbiylə həmin “borcun” geri qaytarılması imkansız olacaq.

Agentlik xatırladıb ki, Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro 2016-cı ilin oktyabrında Azərbaycanda rəsmi səfərdə olub. Prezident İlham Əliyevlə görüşünün gedişi ilə bağlı mətbuatda gedən məlumatda bildirilib ki, “ticarət, investisiya, enerji sahələrində əməkdaşlıq əlaqələrinin öyrənilməsi, eləcə də neftin qiymətinin sabitliyi ilə bağlı OPEK ölkələri ilə OPEK-ə üzv olmayan ölkələr arasında əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb”.

O zaman informasiya yayılmışdı ki, “N. Maduro Bakıya dünya xam neft qiymətlərinin düşməsindən yaranan sosial problemləri həll etmək üçün kredit almaq məqsədilə gəlib”.

Noyabr ayında Venesuelanın Azərbaycandakı səfiri Pedro Argeniz Sançez Flores 2019-cu ildə Nikolas Maduronun Qoşulmama Hərəkatı sammitində iştirak etmək qarşıdakı səfəri barədə məlumat verib.

Azərbaycan rəsmi olaraq Serbiya və Gürcüstanın kreditorudur.

Ana səhifəXəbərlərAzərbaycanın Venesuelaya borc verməsi təkzib olundu