Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsində 2 milyard dollar fərq aşkarlandı

Vahid Məhərrəmov Rusiya baş nazirinin müavini Dmitri Roqozinin yalanını üzə çıxartdı

Source:


Vahid Məhərrəmov Rusiya baş nazirinin müavini Dmitri Roqozinin yalanını üzə çıxartdı

Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Azərbaycanla ölkəsi arasında qarşılıqlı ticarətin həcminə görə rekord vurması barədə fikirləri birmənalı qarşılanmayıb. Baş nazirin müavini bildirmişdi ki, ötən ilin yekunları üzrə Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 12 faiz artaraq tarixi maksimuma – 4 milyard dollara çatıb.

Amma kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov rəsmi rəqəmlərə əsaslanaraq fərli rəqəmlər ortaya qoyub: “Dövlət Statistika Komitəsinın təqdim etdiyi 2014-cü ilin yanvar-dekabr aylarında malların idxalı və ixracına dair göstəricilər cədvəlində Rusiyadan Azərbaycana idxal olunan malların dəyəri 1 milyard 314 milyon dollar təşkil edib. Bu da 2013-cü ilin göstəricisinə nisbətən 12,7 faiz az olub. Həmçinin DSK-nın məlumatında ixracın da çox ciddi azaldığı göstərilir. Belə ki, 2014-cü ildə Rusiya Federasiyasına ölkəmizdən 640,2 milyon dollar dəyərində mal ixrac olunduğu göstərilir. Bu göstərici də əvvəlki ilə nisbətən 40,6 faiz azdır. Rəsmi statistikaya əsasən demək olar ki, keçən il Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi xeyli, yəni 20 faizədək azalıb. Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi heç də Raqozin səsləndirdiyi kimi 4 milyard ABŞ dolları deyil, 2 milyard civarındadır. Onu da qeyd etməliyəm ki, əvvəllər də Raqozin səsləndirdiyi rəqəmlərlə Azərbaycan dövlət orqanlarının təqdim etdiyi rəsmi rəqəmlər arasında fərq 2 dəfədən çox olub. Ona görə də hökumətlər ciddi nəsə planlaşdırmaq istəyirsə, əvvəlcə statistikanı dəqiqləşdirməlidirlər”.

İqtisadçı bildirib ki, Rusiya hökumət nümayəndəsi bu ilin 7 ayı ərzində ölkələr arasında ticarət dövriyyəsinin 23,2 faiz-1,7 mlrd ABŞ dolları qədər azalıb. Bununla yanaşı Azərbaycanla milli valyutalarda hesablaşmaların aparılması təşəbbüsü ilə çıxış edir. Əlbəttə, ölkələr arasında ticarət dövriyyəsinin azalmasının ciddi səbəbləri var. Bu səbəblərdən biri də məhz Rusiyanın milli valyutasının ”zəif” olmasıdır. Ona görə də Rusiya hökumətinin Azərbaycanla milli valyutalarda hesablaşmaların aparılması təşəbbüsündə olması siyasi gedişdir. Bu təşəbbüsün perspektivi yoxdur.

Ana səhifəXəbərlərAzərbaycanın Rusiya ilə ticarət dövriyyəsində 2 milyard dollar fərq aşkarlandı