Müharibə başlayandan Azərbaycanda 91 mülki şəxs həlak olub (yenilənir)

Nazirlik Azərbaycan ordusunun adekvat tədbirlər gördüyünü bildirib.

Source: google


16.05.


"Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları nəticəsində sentyabrın 27-dən bu günədək 91 nəfər ölüb, 400 nəfər yalaralanıb".


Azərbaycanın Baş prokuroru Kamran Əliyev oktyabrın 30-da keçirdiyi brifinqdə belə deyib.


Baş prokuror bildirib ki, yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 428, çoxmənzilli yaşayış binalarının sayı 92, yaşayış evlərinin sayı isə 2 442-dir.


Kamran Əliyev Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş cinayət əməllərinə görə Araik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan və Arman Babacanyanın beynəlxalq axtarışa verildiyini deyib:


“Onlar barəsində Cinayət Məcəlləsinin 214-2, 281.1 və 318.1-ci maddələri ilə cinayət işi başlanıb”.

***


12.28.


Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, hazırda Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur.


Nazirlik deyir ki, Azərbaycanın bölmələri adekvat cavab tədbirləri görüləcək.


Oktyabrın 30-da saat 07:35-dən başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarını artilleriya atəşinə tutur.

***

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında belə deyilir.

Nazirlik Azərbaycan ordusunun adekvat tədbirlər gördüyünü bildirib.

Eyni zamanda, döyüş əməliyyatlarının əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam etdiyi qeyd olunub

Ana səhifəSiyasətMüharibə başlayandan Azərbaycanda 91 mülki şəxs həlak olub (yenilənir)