Müdafiə Nazirliyi əsgərin atəşkəsin pozulması nəticəsində öldüyünü bildirir
Oktyabrın 22-də Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Cabbar Firuddin oğlu Zeynalov həlak olub.
Müdafiə Nazirliyinin məlumatına görə, hadisə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində baş verib.
“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun statistikasına görə, 2017-ci ilin 9 ayı ərzində Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 48 hərbi qulluqçu ölüb. Onların 17 nəfəri döyüş, 31 nəfəri isə qeyri-döyüş itkisidir. Statistika sentyabrın 24-də yayımlanıb. Mediada gedən məlumatlara əsasən, həmin tarixdən bugünədək ölən hərbçilərin sayı 56-a çatıb.