”Azərbaycanın dövlət himni yenidən aranjiman olunacaq”

Dövlət atributları ilə bağlı qaydaları pozanlar inzibati və cinayət məsuliyyətinə cəlb olunacaq

Source:
Milli Məclis
Milli Məclis


Dövlət atributları ilə bağlı qaydaları pozanlar inzibati və cinayət məsuliyyətinə cəlb olunacaq

“Himnlə bağlı müzakirələr mənim əleyhimə çevrildi, amma müzakirələr cəmiyyətimizə xeyirli oldu. Himnin mahiyyəti ilə bağlı daha çox məlumatlar əldə edildi. Hazırda məlumat almışam ki, himn beynəlxalq səviyyədə yenidən aranjiman olunacaq”.

Bunu Milli Məclisdə Milli Məclisin iclasında “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihələrinin birinci oxunuşda müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

Qanun layihələri Dövlət Gerbinin istifadə qaydalarını, Dövlət Himninin ifa edilməsi, oxunması, dinlənməsi, istifadəsi hallarını və qaydalarını müəyyən edir.

Layihədə həmçinin qeyd edilir ki, bu qaydaların pozulması inzibati, atributların təhqir edilməsi isə cinayət məsuliyyətinə səbəb olur.

Bəziləri farağat durur, bəziləri isə əli ürəyinin üstündə dayanır

Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, himn ifa olunanda hamı ayağa duraraq, farağat dayanmalıdır:

Ziyafət Əsgərov
Ziyafət Əsgərov

“Himn çalınanda hərə bir cür dayanır. Bilirik ki, farağat vəziyyətində dayanmaq lazımdır. Amma bəziləri farağat, bəziləri isə əli ürəyinin üstündə dayanır. Bunlara aydınlıq gətirilməlidir”.

Himnin sözləri Əhməd Cavadın deyil

Deputat Araz Əlizadə himnimizin sözlərinin Əhməd Cavada deyil, Cəmo bəy Cəbrayılbəyliyə məxsus olduğunu söyləyib.

Araz Əlizadə
Araz Əlizadə

O qeyd edib ki, bu faktlarla sübut olunub.

Deputat Qənirə Paşayeva isə deyib ki, illərdir oxuduğumuz himnin sözlərinin kimə adi olub-olmaması barədə polemika var:

“Himnimizin müəllifləri olan hər iki şəxs Azərbaycanın və ilk Cümhuriyyətimizin tanınmış şəxsidir. Əhməd Cavadın məzarı belə yoxdur. Onunla bağlı məsələ cəmiyyəti qıcıqlandırır. Bu məsələyə nöqtəni qoymalıyıq. Bu himnin müəllifi Əhməd Cavaddır, musiqisi Üzeyir Hacıbəylinindir. Mövzunun da polemikaya ehtiyacı yoxdur. Bu himn cümhuriyyət tarixi ilə yaşıddır. Hüququndan keçən əsgər kimi gözəl sözmü var? Himndə elə bir cümlə yoxdur ki, o xalqda pessimistlik doğursun. Sözlərdə Azərbaycana məhəbbət var, onun uğrunda savaşmaq var. Himnimizi bu günə kimi necə sevmişiksə, bundan sonra da sevib qorumalıyıq”.

Qənirə Paşayeva
Qənirə Paşayeva

Deputat Tahir Kərimli qeyd edib ki, Dağlıq Qarabağı işğaldan azad etməyi istəyən bir millətin himni daha əzəmətəli və keyfiyyətli olmalıdır.

“Müsavat Partiyasının başqanı (Arif Hacılı) himnin sözlərinin dəyişməz olduğunu deyir. Halbuki onun özü 1992-ci ildə himndə bəzi sözlərin dəyişilməsi ilə bağlı təkliflər vermişdi. Buna görə də, onun ittihamlarını qəbul etmirəm”.



Himn necə dinlənilməlidir?

Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Gerbinin istifadəsi qaydalarını müəyyən edir. Layihəyə görə, Dövlət Gerbinin rəngli qabarıq təsvirinin hazırlanması və istehsalı qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir:

Əli Hüseynli
Əli Hüseynli

“Dövlət Gerbinin təsviri olan möhürlərin və blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

Dövlət Gerbi “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya qanununa uyğun təsvir edilməli və bu qanunda nəzərdə tutulmuş qaydada istifadə edilməlidir. Sənədə əsasən, bu qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, Dövlət Gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar”.

“Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihəsi Azərbaycan Konstitusiyasının 23-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Himninin ifa edilməsi, oxunması, dinlənməsi və istifadəsi hallarını və qaydalarını

6-cı (Dövlət Himninin ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər) maddəyə əsasən, Dövlət Himni orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsullarla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitələrindən istifadə etməklə bütün hallarda tam ifa edilir.

Vətəndaşlar üçün Dövlət Himninin ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər bunlardır:


1.

Ayaq üstə və sona qədər oxumaq (oxumadıqda isə ayaqüstə və sona qədər dinləmək),


2

. Himn ifa edilən zaman Azərbaycanın Dövlət Bayrağı qaldırılarsa (asılarsa), Dövlət Bayrağına tərəf baxmaq,


3.

“Dövlət qulluğu haqqında” qanunun 2.3-cü maddəsində göstərilən orqanlarda (Mərkəzi Bank istisna olmaqla) xidmət edən hərbi və ya xüsusi rütbəli şəxslərin Dövlət Himni ifa edilən zaman əsgəri salamlaşması qaydaları, o cümlədən Dövlət Himninin ifa edilməsi, oxunması və dinlənilməsi ilə bağlı qaydalar həmin orqanların hərbi nizamnamələri və ya müvafiq aktları ilə tənzimlənir.


4.

Himn respublika və ya beynəlxalq idman yarışlarında həmin yarışları keçirən idman təşkilatının mövcud təcrübəsi nəzərə alınmaqla ifa edilir.

Qanun layihəsinin 7-ci (Dövlət Himni ilə əlaqədar məhdudiyyətlər) maddəsinə əsasən, Dövlət Himninin musiqisinin musiqi əsərlərində istifadəsi qadağan edilir.

Himn nəzərdə tutulan qaydada ifa edilməli, dinlənilməli və oxunmalıdır.

Layihə birinci oxunuşda qəbil edilib.

Ana səhifəReportaj”Azərbaycanın dövlət himni yenidən aranjiman olunacaq”