Azərbaycanın bəzi yerlərində havanın temperaturu 43 dərəcəyə çatacaq

Anomal istilər iyulun 2-dək davam edəcək

Source:
İsti
İsti
İsti
İsti


Anomal istilər iyulun 2-dək davam edəcək

Bakıda və Abşeron yarımadasında iyulun 2-dək anomal isti hava şəraitini davam edəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirib.

Havanın maksimal temperaturunun 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 2-dək havanın maksimal temperaturunun 38-41, bəzi yerlərdə 43 dərəcə isti olacağı gözlənilir.

Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, mövcud isti hava şəraiti ilə əlaqədar və şəxsi heyətin sağlamlığının müdafiəsi üçün xüsusi xidmət rejimi tətbiq edilib.

Bu məqsədlə təlimlər saat 11.00-a qədər və 17.00-dan sonra keçirilir.

Hərbi hissələrin ərazilərində, döyüş mövqelərində və təlimlərin keçirildiyi yerlərdə kölgəliklər hazırlanıb. Bütün hərbi qulluqçular qablaşdırılmış içməli su ilə təmin edilib.

Ana səhifəXəbərlərAzərbaycanın bəzi yerlərində havanın temperaturu 43 dərəcəyə çatacaq