Azərbaycanın AŞPA üzvlərini tərəfinə çəkməsi iddiasına cavab axtarılır

Transparency International: “Azərbaycan deputatlarının davranışı araşdırılsın”

Source:


Transparency International: “Azərbaycan deputatlarının davranışı araşdırılsın”

Korrupsiya əleyhinə beynəlxalq Transparency International təşkilatı Avropa Şurası rəhbərliyini bu təşkilatda korrupsiya faktlarını araşdırmağa çağırıb. Təşkilat “insan hüquqları üzrə Avropanın ən mühüm müəssisəsində” korrupsiyaya qarşı səmərəli mübarizə mexanizminin olmadığını deyib.

“Turan” yazır ki, Transparency International baş katib Turbyorn Yaqlandı Avropa Sabitlik Təşəbbüsünün (ESI) Azərbaycan tərəfindən AŞPA üzvlərinin öz tərəflərinə çəkilməsi haqqında ittihamlarına cavab verməyə çağırıb.

“Uzun illər ərzində Azərbaycan əsas parlamentarilərə guya böyük məbləğdə pul verməklə və digər hərəkətlərlə insan hüquqları məsələləri üzrə səsverməyə hədsiz təsir göstərib”, – deyə müraciətdə bildirilir.

Transparency Innternational-ın Çexiya, Fransa, İtaliya, Latviya, İspaniya və Böyük Britaniya nümayəndəliklərinin başçılarının imzaladığı müraciətdə aşağıdakı tələblər ifadə olunub:

* Avropa Şurasında korrupsiyanı pisləyən ictimai bəyanat yayılması;

* Avropa Şurasının etika məsələləri üzrə xüsusi ofisinin AŞPA üzvlərinin etika normalarına riayət etməsini təmin etməsi;

* 2013-cü ilin yanvarında AŞPA-da siyasi məhbuslar məsələsi üzrə səsvermə hallarının və Azərbaycan nümayəndə heyəti üzvlərinin davranışlarının müstəqil araşdırılmasının təşkil edilməsi.

Ana səhifəXəbərlərAzərbaycanın AŞPA üzvlərini tərəfinə çəkməsi iddiasına cavab axtarılır