Azərbaycanın 1222 vətəndaşı Gürcüstanda ikili vətəndaşlıq alıb

Azərbaycanın üç vətəndaşına investisiyalar əsasında Gürcüstanda daimi yaşayış izni verilib

Source:


Azərbaycanın üç vətəndaşına investisiyalar əsasında Gürcüstanda daimi yaşayış izni verilib

Son iki ildə Azərbaycanın 15 vətəndaşı Gürcüstan vətəndaşlığı alıb.



Report

” agentliyi Gürcüstanın Ədliyyə Nazirliyinə istinadən bildirib ki, 2016-cı ilin sentyabrın 16-dan 2018-ci ilin avqustun 17-dək olan dövr ərzində 199 Azərbaycan vətəndaşının Gürcüstan vətəndaşlığına xitam verilib.

Azərbaycanın 1222 vətəndaşı isə Gürcüstanda ikili vətəndaşlıq alıb.

Hesabat dövründə ümumilikdə 15 min 229 əcnəbiyə Gürcüstan vətəndaşlığı verilib. Onların əksəriyyətini – 6 min 447 nəfərini Rusiya vətəndaşları təşkil edib. İkili vətəndaşlıq üçün isə 58 min 143 xarici vətəndaş müraciət edib ki, onların böyük əksəriyyəti 41 min 631 nəfər olmaqla Rusiya vətəndaşları olub.

Bildirilib ki, qeyd olunan dövrdə Azərbaycanın 308 vətəndaşı qonşu ölkədə daimi yaşayış icazəsi alıb. Azərbaycanın üç vətəndaşına isə investisiyalar əsasında Gürcüstanda daimi yaşayış izni verilib. Ailəsinə qovuşmaq məqsədilə 144 azərbaycanlı yaşayış icazəsi, 321 Azərbaycan vətəndaşı isə qonşu ölkədə işləmək hüququ əldə edib.

Azərbaycanın 25 vətəndaşına isə təhsil məqsədilə yaşayış izni təqdim olunub.

Azərbaycan qanunvericiliyində ikili vətəndaşlıq yoxdur. Bununla belə Azərbaycanda iki ölkənin vətəndaşı olmaq imkanı var. Amma digər bir ölkənin vətəndaşı olduğu halda, həmin şəxs Azərbaycanda dövlət idarəetmə və seçkili orqanlarda təmsil olunma hüququndan məhrum olunur.

Ana səhifəXəbərlərAzərbaycanın 1222 vətəndaşı Gürcüstanda ikili vətəndaşlıq alıb