Artıq 3 ildir ki, təhsilini başa vuran Şəhriyar Hümbətov ölkəyə qayıtmayan gənclərdən sadəcə biridir. Turizm üzrə təhsil alan gənc ölkəsindəki iş mühitindən şikayətlənir.
Rəsmi rəqəmlərə görə, hazırda Azərbaycandan kənarda 40 min azərbaycanlı gənc təhsil alır. Ekspertlər onların çox azının işləmək üçün ölkəyə qayıtdığını deyir.
Şəhər sakinlərinin cavabları isə müxtəlifdir.
“Xaricdə təhsil alan gənclərin ölkədə işlə təmin olunması üçün biznes infrasturkturu yoxdur”, -təhsil üzrə ekspert Kamran Əsədov belə deyir.
İqtisadçı ekspert Azər Mehtiyev isə problemin kökündə aşağı əməkhaqqı və azad iş mühitinin olmamasını görür.