Azərbaycandakı insan haqqlarının durumu müzakirə olunacaq

Azərbaycan Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı (MSHBP) ratifikasiya etmiş 168 dövlətdən biridir

Source:
foto Turan İA
foto Turan İA
foto Turan İA
foto Turan İA


Azərbaycan Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı (MSHBP) ratifikasiya etmiş 168 dövlətdən biridir

Oktyabrın 20-21-də Cenevrə BMT-nin İnsan Haqları Komitəsi tərəfindən Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə olunacaq.

18 beynəlxalq müstəqil üzvdən ibarət olan komitə Azərbaycan hökumətinin nümayəndə heyəti ilə Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktla (MSHBP) bağlı bir sıra məsələləri müzakirə edəcək. Üzvlər həmçinin QHT nümayəndələri ilə brifinq keçirəcəklər.

Azərbaycan Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı (MSHBP) ratifikasiya etmiş 168 dövlətdən biridir.

Noyabrın 4-də isə komitə Cenevrədə Azərbaycan və digər ölkələrlə (Slovakiya, Polşa, Moldova, Yamayka, Kolumbiya və Mərakeş) bağlı nəticələri müzakirə etmək üçün mətbuat konfransı keçirəcək (Turan İA).

Ana səhifəXəbərlərAzərbaycandakı insan haqqlarının durumu müzakirə olunacaq