Azərbaycandakı həbslər Avropa Birliyində müzakirəyə çıxarılacaq

“Nazirlə görüşən müxalifətçilər tezliklə həbs oluna biləcəkləri ilə bağlı narahatlıqlarını dilə gətiriblər”

Source:


“Nazirlə görüşən müxalifətçilər tezliklə həbs oluna biləcəkləri ilə bağlı narahatlıqlarını dilə gətiriblər”

Avstriyanın xarici işlər naziri Sebastyan Kurtsun Bakıya səfərinin qalmaqalla bitdiyi haqda “Turan İA” xəbər yaymışdı. Nazirin səfəri Avstriya mətbuatında əsas mövzulardan birinə çevrilib. Ölkənin iki ən aparıcı qəzetindən biri olan “Die Presse”  XİN rəhbərinin Bakı səfərində yeni detalları üzə çıxaran məqalə dərc edib.


Qəzet yazır ki, nazir Sebastyan Kurts Bakıda bəzi müxalifətçilərlə görüş keçirib. Lakin Azərbaycan hakimiyyətinin görüşü əngəlləyə biləcəyi nəzərə alınaraq, bu barədə qabaqcadan məlumat verilməyib. Görüş zamanı sərt repressiyalarla üz-üzə qalan Azərbaycan vətəndaş cəmiyyətinə necə kömək edilməsi məsələsi müzakirə olunub.


“Görüşdə iştirak edən avstriyalı diplomat bildirib ki, onun hökuməti Azərbaycanda insan haqları və mətbuat azadlığı problemlərini, demokratiyaya olan hücumları Avropa Birliyi səviyyəsində müzakirəyə çıxarmaq niyyətindədir”,- qəzet belə yazır.

“Die Presse” nazirlə görüşən müxalifətçilərin tezliklə həbs oluna biləcəkləri ilə bağlı narahatlıqlarını dilə gətirdiklərini də yazıb.

“Avstriyalı nazir azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdə iki məsələyə xüsusi diqqət yetirib. Birincisi, müxalifət fəalları, jurnalistlər, vətəndaş cəmiyyəti təmsilçilərindən ibarət olan 98 nəfərlik siyasi məhbus problemi; İkincisi, Avropa Birliyi ölkələrində fəaliyyət göstərən bəzi jurnalistlərin Azərbaycana girişinə rəsmi Bakının qadağa qoyması”,- deyə məqalədə deyilir.

Ana səhifəXəbərlərAzərbaycandakı həbslər Avropa Birliyində müzakirəyə çıxarılacaq