Səfirlik bununla bağlı açıqlama verib
ABŞ-ın xarici ölkələrdəki bütün səfirləri geri çağrılır. Onlar yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə qədər işlərini təhvil verməlidirlər. Bu barədə New York Times yazır.
Bununla bağlı ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya bildirilib ki, ABŞ-ın xarici xidmətlər sahəsində uzun müddət yüksək səviyyədə çalışmış səfir Robert Sekutanın Azərbaycanda öz fəaliyyətini davam etməsi gözlənilir.
Donald Trampın inauqurasiya mərasimi yanvarın 20-da keçiriləcək.