Azərbaycanda yeni doğulanların sayı 2 dəfə azalıb

“Rəqəmlər hər şeyi deyir”.

Foto: Azərtac


Samir Əliyev: "Pandemiya katalizator rolunu oynayaraq vəziyyəti fəlakət həddinə çatdırıb"

Azərbaycanda son 30 ildə əhalinin hər 1000 nəfərinə düşən yeni doğulanların sayı 2 dəfə azalıb.

"Baku Research" İnstitutu Dövlət Statistika Komitəsinin 1990-2020-ci illər ərzində yaydığı rəsmi statistikalar əsasında belə nəticəyə

gəlib

.

Hesabat dövründə ölənlərin sayı isə hər 1000 nəfər əhali arasında 24.6 faiz artıb, təbii artım isə 4 dəfə azalıb.

2020-ci ildə əhalinin hər 1000 nəfərinə təbii artım – 5,1 nəfər olub. Bu isə son 75 ilin ən aşağı göstəricisi hesab edilib.

Həmin dövrdə hər 1000 nəfər əhaliyə düşən doğulanların sayı isə – 12,7 nəfər olub ki, bu da son 76 ilin ən aşağı göstəricisidir.

Bildirilir ki, ölənlərin sayı isə hər 1000 nəfərə – 7,6 nəfərdir. Bu isə son 65 ilin ən yüksək göstəricisi sayılıb.

İqtisadçı Samir Əliyev deyir ki, demoqrafiya üzrə mütəxəssis deyil, ancaq Azərbaycanda demoqrafik vəziyyətin pisləşdiyini görmək üçün mütəxəssis olmağa ehtiyac yoxdur:

Samir Əliyev
Samir Əliyev

"Rəqəmlər hər şeyi deyir. Əlbəttə, bu məsələdə pandemiya katalizator rolunu oynayaraq vəziyyəti fəlakət həddinə çatdırıb. Təsəvvür edin ki, təbii artım və doğum səviyyəsi son dəfə İkinci Dünya Müharibəsinin sonunda bu həddə düşmüşdü. Hətta 90-cı illərin ağır sosial-iqtisadi vəziyyəti və Birinci Qarabağ Müharibəsi təbii artıma və doğuma bu qədər zərbə vurmamışdı. Ölüm isə son dəfə 1955-ci ildə bu qədər yüksək həddə olub. Pandemiya və az da olsa, İkinci Qarabağ Müharibəsi ölüm statistikasını 65 illik rekord həddə çatdırıb”.

İqtisadçının qeyd etdiyi kimi pandemiya demoqrafik vəziyyəti, sadəcə, tündləşdirib, ancaq ona qədər də təbii artımın azalması tendensiyası olub: “2018-ci ildəki azalmanı nəzərə almasaq, 2019-cu ildə təbii artım 2003-cü ildən sonra ən aşağı həddə olub”.

Ana səhifəSosialAzərbaycanda yeni doğulanların sayı 2 dəfə azalıb