Azərbaycanda yeddi ildə 1,5 milyon uşaq doğulub

Bu körpələrin 186 min 175 nəfəri rəsmi nikahı olmayan qadınlar tərəfindən dünyaya gətirilib

Source:


Bu körpələrin 186 min 175 nəfəri rəsmi nikahı olmayan qadınlar tərəfindən dünyaya gətirilib

Dövlət Statistika Komitəsi 2006-2013-cü illərdə əhalinin artım dinamikası ilə bağlı statistikanı açıqlayıb.

Adı çəkilən dövrdə ölkə ərazisində ərdə olan 15-29 yaşlı qadınların 1 milyon 552 min 875 uşaq dünyaya gətirdiyi bildirilir. Bu uşaqların 1 milyon 107 min 814 nəfərini rəsmi nikahlı qadınlar dünyaya gətirib.

Bu körpələrin 186 min 175 nəfəri istər şəhərlərdə, istərsə də kənd yerlərində rəsmi nikahı olmayan qadınlar tərəfindən dünyaya gətirilib. Bunlardan 102 849 uşaq kənd, 84226 uşaq isə şəhərlərdə dünyaya gəlib.

Artım dinamikası 2006-2011-ci illərdə yüksələn xətlə inkişaf edib və 2011-ci ildə özünün ən yüksək 176.072 həddinə çatıb.  Sonrakı 2012-2013-cü illərdə bu rəqəm 174.469-a , növbəti ildə isə 172.671-ə enib. Amma komitə bu azalmanın səbəbləri barədə açıqlama vermir. Son iki ildə bu azalmanın abortların, yoxsa uşaq ölümünün çoxluğundan olduğu məlum deyil.

Ana səhifəXəbərlərAzərbaycanda yeddi ildə 1,5 milyon uşaq doğulub