Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

Həmçinin vurğulanır ki, iyulun 1-dən iş yerlərində COVID-19 pasportu tələb olunacaq.

Foto: Meydan TV


Həftə sonları ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Azərbaycanda xüsusi karantin rejimi avqustun 1-dək qədər uzadılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bildirilir ki, iyunun 28-dək həftə sonları ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

"“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara əsasən, 2021-ci il 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılacaq", – qərarda qeyd olunur.

Həmçinin vurğulanır ki, iyulun 1-dən iş yerlərində COVID-19 pasportu tələb olunacaq.

İyunun 1-dən Azərbaycan daxilində hava nəqliyyatı ilə sərnişin daşımalarının bərpa edildiyi bildirilir.

İyunun 10-dan ibadət yerlərinin, iri ticarət mərkəzlərinin, çimərliklərin fəaliyyətinə də icazə veriləcək: "Məscidlərə insanların sayı 50 nəfərdən çox olmamaqla icazə veriləcək".

Mayın 31-dən isə Azərbaycanda açıq məkanlarda maskanın taxılması tələbinin ləğv olunacağı, o cümlədən metronun, rayonlararası ictimai nəqliyyatın fəaliyyətinin bərpa ediləcəyi açıqlanıb.

Ana səhifəSosialAzərbaycanda xüsusi karantin rejimi uzadıldı