Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

Mənbə: Meydan TV

Nazirlər Kabineti qərar qəbul edib

Azərbaycanda xüsusi karantin rejimi 2022-ci ilin yanvarın 1-dək uzadılıb.

Bu barədə Nazirlər Kabineti oktyabrın 29-da qərar qəbul edib.

Bildirilir ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 yanvar saat 06:00-dək uzadılıb.

Azərbaycanda xüsusi karantin rejiminin uzadılması haqqında qərar sonuncu dəfə avqustun 29-da qəbul olunmuşdu.

Baş nazir Əli Əsədovin imzaladığı qərarda deyilirdi ki, 2021-ci il 1 noyabr saat 06:00-dək Azərbaycanın ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə mövcud məhdudiyyətlər istisna olmaqla digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə veriləcək.

Həftəsonları ictimai nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət qüvvədə saxlanılıb.

Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ildən tətbiq edilir.

2021-ci ildə təbiq edilən xüsusi karantin rejiminin müddəti isə sentyabrın 1-də başa çatırdı.

Ana səhifəXəbərlərAzərbaycanda xüsusi karantin rejimi uzadıldı