Azərbaycanda virusa 1277 yeni yoluxma

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 569, bu günə qədər isə 4 milyon 969 min 881 testin icra olunduğu qeyd edilib.

Source: Meydan TV


15 nəfərin vəfat etdiyi açıqlanıb

Oktyabrın 12-də Azərbaycanda 1277 adam COVID-19 infeksiyasına yoluxub, 853 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 15 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 497 min 67 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu göstərib: "Onlardan 474 min 514 nəfər müalicə olunaraq sağalıb, 6 min 692 xəstə ölüb. Aktiv xəstə sayı 12 min 861 nəfərdir".

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 569, bu günə qədər isə 4 milyon 969 min 881 testin icra olunduğu qeyd edilib.

Ana səhifəSağlıqAzərbaycanda virusa 1277 yeni yoluxma