''Azərbaycanda valideynlər zorakılıqdan çox istifadə edirlər''

foto report.az

foto report.az

“Azərbaycanda valideynlər tərbiyə növü kimi zorakılıqdan çox istifadə edirlər”.

“Report” xəbər verir ki, bunu BMT-nin “Uş­aq hüquqları haqqında­” Konvensiyanın qəbul­ edilməsinin ildönümü­ münasibətilə keçiril­ən tədbirdə Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Faiq Ağayev deyib.

F.Ağayev bildirib ki, bu halların qarşısını almaq lazımdır: "Bunun üçün maarifləndirmə işləri aparılır və aparılmalıdır. Uşaq döyülmədən də dərslərini edə, öz vəzifələrini yerinə yetirə bilər".

Şöbə müdiri qeyd edib ki, günümüzdə uşaqlar kompüter vasitəsilə həyat üçün lazımlı məlumat almaq əvəzinə zərərli məlumatlar alırlar: "Bu da onların zorakılığa və intihara meyilli olmasına gətirib çıxardır".

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/l0oq85

Ən çox baxılan